Skip links
mat-uzerinde-pilates

Pilates təlim proqramları və məşğələlər

Pilates son zamanlar, məşhur olan idman növlərindən biridir. Pilatesin məqsədi  qarın və kürək bölgələrini bərabər şəkildə gücləndirib, bədənin üst qisimində möhkəm bir skelet yaratmaqdır. Pilatesə görə, bədən mərkəzi dərindəki əzələlərlə bel sümüyünə ən yaxın olan əzələlərindən meydana gəlir.

Klassik məşqlərdə zəif əzələlər zəifləməyə, güclü əzələlər güclənməyə meyl göstərir. Bu da balanssız əzələ quruluşuna, xroniki bel ağrısına və şikəstliyə səbəb ola bilər. Pilatesdə əzələ quruluşu bütöv vəziyyətə gətirilər. Çəkinizi itirməsəniz də, incə görünürsünüz. Aparılan araşdırmalara görə hər 10 adamdan 8-i həyatının bir dövründə skelet və əzələ sistemi problemləri ilə rastlaşır. Bədən tarazlığının düzgün olmayan vəziyyəti, duruş pozğunluqları yorğunluq və stressə səbəb olar. Bütün bunların qarşısını almağın ən təsirli yolu Pilatesdir.

 

Pilatesin fəaliyyətdə olmasını hədəflədiyi əsas bölgə qarın və kürək əzələləri olduğu üçün, onurğanın sağlam olmasını təmin edir. Eyni zamanda bütün bədəni əyərək onurğaların arasını açır. Beləcə bədəndə, zamanla meydana gələn yığıntıları yox edər, hətta onurğaların açılması ilə, boy 2 santimetrə qədər uzana bilər.

We use cookies to provide the best web experience possible.