Hamilə qadınlar üçün Pilates proqramımız gələcək anaların aktiv və güclü qalması üçün yumşaq, təhlükəsiz və effektiv məşq üsulları təklif edir.
Hamilə qadınlar üçün nəzərdə tutulmuş Pilates proqramının faydaları nələrdir?
– Hamilə qadını fiziki və emosional olaraq daha güclü edir.
– Hamiləlik dövründə tez-tez rast gəlinən əzələ-skelet sistemi problemlərinin, xüsusilə bel və boyun ağrılarının qarşısını alır.
– Daha rahat və sağlam bir hamiləlik prosesi keçir.
– Nəzarətli çəki artımı əldə edilir, hamiləlik diabeti və hipertoniya riski azalır.
– Həzmsizlik, ödem və şişlik kimi ümumi problemləri azaldır.
– İmmunitet sistemini gücləndirir və xəstəliklərə qarşı müqaviməti artırır.
– Pilates sayəsində gələcək ananın yuxusu daha nizamlı və keyfiyyətli olur.
– Kegel məşqləri ilə doğum üçün lazım olan əzələlər güclənərək, doğumun daha asan reallaşmasına şərait yaradılır, hamiləlik zamanı və sonrasında sidik qaçırma şikayətləri azalır.
– Zəyifləyən qarın əzələlərini gücləndirir və doğuşdan sonra bərpanı sürətləndirir.
– Hamiləlik dövründə idman edən anaların körpələrinin inkişafı, etməyənlərə nisbətən daha yaxşıdır.
– Hamiləlik zamanı dəri çatlamaları və doğuşdan sonrakı sallanma riskini azaldır.
– Doğuşdan sonra ideal çəkiyə qayıtmağı asanlaşdırır.
– Doğuşdan sonra insanın zehni və fiziki cəhətdən sağalmasını təmin edərək cinsi həyatın normala dönməsini asanlaşdırır.
Hamilə qadınlar üçün Pilates proqramımızda hər seans fərdi hamiləlik mərhələsinə və fitnes səviyyəsinə diqqətlə uyğunlaşdırılır. Pilates ilə hamiləlik səyahətiniz boyu fit, güclü və balanslı qalmaq istəyirsinizsə, Pilates Sky-a dəvətlisiniz.