Uşaqlar üçün Pilates proqramımızla uşağınızı fitnes dünyası ilə tanış edə bilərsiniz. Xüsusilə gənc bədənlər üçün nəzərdə tutulmuş bu proqram əyləncə ilə təməl fitnesi özündə birləşdirir.
Uşaqlar üçün nəzərdə tutulmuş Pilates proqramının faydaları nələrdir?
– Əzələlərin və sümüklərin inkişafına dəstək verir. Bu da həm daha güclü, həm də daha hündür bədən formalaşdırır.
– Çevikliyi artıraraq uşaqların ətrafda baş verən hadisələrə daha sürətli reaksiyasını təmin edir.
– Onurğa sistemini sabitləşdirərək bədən qamətini düzləşdirir.
– Uşaqlarda düşüncə və zehnin daha sürətli inkişafını təmin edir.
– Məşq zamanı tələb olunan konsentrasiya uşaqlara diqqət və konsentrasiya bacarıqlarını inkişaf etdirməyə kömək edir.
– Qrupla məşq edən zaman həmyaşıdları ilə söhbət etmələri onları sosial baxımdan daha aktiv edir.
Bizim ixtisaslı müəllimlərimiz təhlükəsiz və cəlbedici mühit yaradaraq uşaqları yaşlarına uyğun və oynaq şəkildə Pilates prinsipləri ilə tanış edir. Övladlarınıza Pialtes Sky-ın Pilates dərslərini hədiyyə edərək onlar üçün daha sağlam gələcək təmin edin!